Buludxan  XƏLİLOV

filologiya üzrə elmlər doktoru,
professor

 



















   
   
   
 
Baş səhifə
 
Kitablar
Haqqında kitablar
Elektron kitablar
Tərtib etdiyi kitablar
Biblioqrafiya
Diplom və mükafatlar
Üzvlüklər
Şəkillər
Video
Əlaqə
   

TƏRCÜMEYİ – HAL

XƏLİLOV BULUDXAN ƏZİZ OĞLU 1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. 1990-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fa-kültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində «C.Cabbarlı» adına olan yüksək təqaüdlə oxumuşdur. Biliyini, bacarığını, həm də elmə olan böyük marağını nəzərə alaraq Müasir Azərbaycan dili kafedrasının, o cümlədən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektorluğunun təqdimatı əsasında Təhsil Nazirliyinin təyinat bölgüsündə gənc mütəxəssis kimi Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında laborant kimi saxlanılmışdır.

1985-1987-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olmuşdur.

1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor vəzifəsində çalışır. 2006-cı il may ayının 12-də filologiya fakültəsinin dekanı seçilmişdir. 2011-ci ilin sentyabr ayının 30-da yenidən dekan vəzifəsinə təyin olunmuşdur. Filologiya elmləri doktoru, professordur.

B.Ə.Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaranmış «Dədə Qorqud» elmi-tədqiqat laboratoriyası»na rəhbərlik etmişdir.

Prof.B.Ə.Xəlilov 1990-cı ildən indiyə kimi məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərir. Bu müddət ərzində o, laborantlıqdan professorluğa qədər ucalmışdır. Hal-hazırda filologiya fakültəsinin dekanıdır.

1992-ci il dekabr ayının 7-də Naxçıvan Muxtar Respublikasına qarşı təcavüzə, Respublikanın Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevə qarşı böhtan və hədələrə qəti şəkildə son qoymaq məqsədilə xüsusi qurum – Naxçıvan MR dövlət quruculuğunun və MR Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyevin hüquqlarının qorunması üzrə Müdafiə Komitəsi yaradılarkən B.Ə.Xəlilov Müdafiə Komitəsinin fəal üzvlərindən biri olmuşdur.

B.Ə.Xəlilov 2000-ci ilin dekabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

B.Ə.Xəlilova 2013-cü il fevral ayının 21-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının veteran vəsiqəsi verilmişdir.

Prof.B.Xəlilov fəal ictimaiyyətçidir. Respublikanın televiziya kanallarında və radio verilişlərində, mətbuat orqanlarında dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, dövlətimiz, dövlətçiliyimiz və milli maraqlarımızla bağlı müntəzəm çıxışlar edir.

Prof.B.Ə.Xəlilovun elmi fəaliyyəti çoxsahəli, geniş və əhatəlidir. Onun 400-dən çox elmi, elmi-publisistik əsəri çap edilmişdir. Bunlardan 28-i monoqrafiya, dərslik və dərs vəsaitidir.

Azərbaycan dilçiliyinin, türkoloji dilçiliyin ən müasir məsələləri, problemləri B.Ə.Xəlilovun elmi yaradıcılığının əsasını təşkil edir.

B.Ə.Xəlilov 1999-cu il iyunun 9-da «Azərbaycan dili» ixtisası üzrə (10.02.02) Bakı Dövlət Universiteti nəzdində filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Təhsil Nazirliyi və Elmlər Akademiyasının Birləşdirilmiş (D.054.03.15) İxtisaslaşdırılmış Şurasının iclasında «Azərbaycan dilində fellərin fono-semantik inkişafı» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. Onun doktorluq dissertasiyasında əldə olunmuş elmi nəticələr yeniliyi ilə diqqəti cəlb etmiş və türkoloji dilçiliyin nailiyyəti kimi qiymətləndirilmişdir.

B.Ə.Xəlilovun elmi yaradıcılığının istiqamətlərindən biri dilimizin tarixi ilə bağlıdır. O, «Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı» (1995), «Azərbaycan dilində ikihecalı fellərin fonosemantik inkişafı» (1996), «Fellərin ilkin kökləri» (1998) kitablarında fellərin təşəkkül etdiyi ilkin kökləri bərpa etmiş və onların bir çoxu müxtəlif dillərlə müqayisə edilərək tutuşdurulmuşdur. Bu kitablarda amorf quruluşlu ilkin köklərin sinkretikliyi və onların amorfluqdan təkamül edərək iltisaqi quruluşa yiyələnməsi kimi hallar da tədqiqata cəlb olunmuşdur.

Prof.B.Ə.Xəlilovun elmi yaradıcılığında mühüm istiqamətlərdən biri də türkologiya ilə bağlıdır. Onun «Birinci Beynəlxalq Türkoloji qurultay» (1999),

«Türkologiyanın intibah dövrü» (2001), «Türkologiyaya giriş» (2006) kitablarında XIX əsrdən başlayaraq XX əsrin 30-cu illərinə qədərki dövrdə milli türkologiyamızın bir sıra vacib məsələrinə geniş yer verilir. XIX əsrin, eləcə də XX əsrin (30-cu illərə qədər) milli türkoloqlarının bir qisminin türkologiya sahəsindəki fəaliyyətinə diqqət yetirilir.

O, arxiv materiallarına istinad edərək ilk dəfə olaraq I Türkoloji qurultayın stenoqrafik materiallarını izahlar və şərhlərlə çap etdirmişdir. Türkoloji istiqamətdə olan elmi yaradıcılığında türk dillərinin tarixi, quruluşu, təsnifi barəsində təhlillər aparılır, bu dillərin digər dil ailələri ilə qohumluğu barəsində mövcud olan cərəyanlar haqqında məlumat verilir, Ural-Altay cərəyanının yaranması, öyrənilməsi, müasir mövqeyi geniş izahını tapır.

Prof.B.Ə.Xəlilovun elmi yaradıcılığının ən böyük nailiyyətlərindən biri də müasir Azərbaycan dili və onun müasir problemləri ilə bağlıdır. Bu mənada «Azərbaycan dili» (VI-VII siniflər üçün, 2003), «Müasir Azərbaycan dilinin mor-fologiyası. I hissə» (2000), «Müasir Azərbaycan dilinin morfologiyası. II hissə» (2003), «Azərbaycan dili: dünən, bu gün» (2004), «Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya» (2007), “Müasir Azərbaycan dilinin leksikologiyası” (2008) kitabları ən qiymətli dərslik və dərs vəsaitləri kimi olduqca dəyərlidir. Bu kitablarda qrammatika, qrammatik quruluş, kök, şəkilçi, nitq hissələrinin təsnifi geniş şərhini və izahını tapır. Burada əsas, köməkçi, xüsusi və qeyri-müəyyən nitq hissələrinə gen-bol yer ayrılır.

«Azərbaycan dili: dünən, bu gün» (2004) kitabında Azərbaycan Respub-likasının ideoloji istiqamətdə apardığı kursun tələblərinə və milli məfkurəmizə uyğun şəkildə ədəbi-bədii irsimizin, yaddaş tariximizin bəzi qaranlıq məqamları təhlil olunur. «Kitabi-Dədə Qorqud»un Sovetlər İttifaqı dövründə sovet ideologiyasının tələblərinə uyğun repressiya olunmasının kökləri, eləcə də həmin dövrdə Azərbaycan dilinə qarşı yönəlmiş təqib və təzyiqlərin səbəbləri geniş izahını tapır. Ədəbi-bədii irsimizə sovet rejiminin qərəzli mövqeyi ilə dilimizə qarşı tuşlanmış qərəzli münasibətin bir-biri ilə əlaqəli olduğu göstərilir və o dövrdə Azərbaycan dilinin repressiyaya məruz qaldığı diqqətdən yayınmır. Bundan başqa, Azərbaycan dilinin

tətbiqi ilə bağlı bu gün qarşıya çıxan problemlər, qayğılar faktlar əsasında, obyektiv və real təhlil düşüncəsi ilə verilir.

Prof.B.Ə.Xəlilov dilçiliyin ən vacib sahələri ilə bağlı bakalavr, xüsusilə də magistr pilləsi üçün proqramların yazılmasına da öz yaradıcılığında mühüm yer ayırır. Onun «Türk dillərinin müqayisəsi» (2002), «Müasir Azərbaycan ədəbi dili» (2002), «Müasir Azərbaycan ədəbi dilinin fonetikası» (2002), «Azərbaycan dilinin tarixi» (2005), «Azərbaycan dilinin müasir problemləri» (2005), «Azərbaycan dili elminin tarixi və metodologiyası» (2005) proqramları dilçilik elminin son elmi nailiyyətlərinə əsaslanaraq tərtib və çap olunmuşdur.

Prof.B.Ə.Xəlilovun çap etdirdiyi dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş, çoxlu sayda rəylər mətbuat səhifələrində çap olunmuşdur.

Prof.B.Ə.Xəlilov «Birinci Türkoloji qurultay», «Türkologiyanın intibah dövrü», «Türkologiyaya giriş», «Feillərin ilkin kökləri», “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi”, “224 qədim türk sözü” və s. kitablarını xarici ölkələrə yaymış və onlardan istifadə olunur (Türkiyədə, Türkmənistanda və digər yerlərdə).

Prof.B.Ə.Xəlilov Respublikada və ondan kənarda dilçilik problemlərinə həsr olunmuş konfranslarda öz məruzələri ilə iştirak edir. Bişkekdə 1992-ci ildə, Ufada 1994-cü ildə, Ankarada 2006, 2007, 2008-ci illərdə, Aşğabadda 2010-cu ildə və s. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində I Türkoloji Qurultayın 75 və 80 illiyi ilə bağlı konfransın təşkilatçısı olmuş və hazırda da bu istiqamətdəki tədbirlərə xüsusi diqqət yetirir.

Prof.B.Ə.Xəlilov elmi kadrların-magistrlərin, namizədlərin yetişdirilməsində fəal iştirak edir. O, 8 magistrin rəhbəri olmuş, hal-hazırda 5 aspiranta, 9 dissertanta rəhbərlik edir. Onun aspirantlarından 5-i müdafiə etmiş, 3-ü isə müdafiə ərəfəsindədir. Onlarla elmi əsərin rəsmi opponenti olmuşdur.

B.Ə.Xəlilov həm də elmi işlərin çapı üçün əlindən gələni əsirgəmir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin daxili nəşriyyatında çap olunan «Filolo-giya məsələlərinə dair tematik toplu» və «Dədə Qorqud» elmi məcmuələrinin

redaktoru, «Pedaqoji Universitet Xəbərləri, humanitar elmlər seriyası» elmi jurnalının isə məsul katibidir.

B.Ə.Xəlilov Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyindəki «İrs» komissiyasının üzvüdür.

2003-2004-cü illərdə AAK-ın Filologiya ixtisası üzrə Ekspert şurasının üzvü olmuşdur. 2006-2013-cü illərdə Bakı Dövlət Universitetindəki filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının üzvü olmuşdur.

B.Ə.Xəlilov Respublikamızın və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ictimai həyatında fəal iştirak edir. İki dəfə 1999-cu və 2004-cü illərdə Nəsimi bələdiyyəsinə üzv seçilmiş, Sosial məsələlər daimi komissiyasına sədrlik etmişdir. 2006-cı il dekabr ayının 26-da Azərbaycanda təhsil sisteminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

B.Ə.Xəlilov 2001-ci ildə «İlin alimi» nominasiyasının, 2003-cü ildə «Vektor» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «Azərbaycanın gənc alimləri» Beynəlxalq layihəsinin qalibi olmuşdur. O, 2004-cü ildə Azad Qələmlər Cəmiyyəti tərəfindən Azərbaycan dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sahəsindəki xidmətlərinə görə «Qızıl qələm» fəxri mükafatı laureatı seçilmişdir. 2006-cı və 2009-cu illərdə «Vektor» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «XXI əsrin ziyalısı» adına layiq görülmüşdür. 2009 və 2010-cu illərdə “XX – XXI əsrin yaradıcı və ziyalı insanları” sırasında yer alanlardan biri olmuşdur. 2009-cu ildə türk ədəbiyyatına xidmətləri ilə bağlı olaraq Türkiyə Cümhuriyyətinin KIBATEK Akademik ÜYESİ diplomunu alıbdır. KIBATEK Akademik Üyesi seçilmişdir.

2006-cı ildə VII Uluslararası Türk dili Qurultayının iştirakçısı olmuş, məruzə ilə çıxış etmiş, eyni zamanda qurultayın bölmələrindən birinə sədrlik etmişdir.

2006-2007, 2007-2008-ci tədris illərində ADPU-da “İlin müəllimi”, 2011- ci və 2013-cü illərdə “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur.

2009-cu ildə Azərbaycan Respublikasında referendum üzrə təşviqat qrupunun (“Tərəqqi”) təyinatı əsasında vəkil edilmiş şəxs olmuşdur.

2011-ci ilin Prezident təqaüdçüsüdür. (Yazıçılar Birliyinin üzvü kimi)

2011-ci ilin may ayının 23-də Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “Xalqın nüfuzlu ziyalısı” mükafatı laureatı seçilmişdir.

2011-ci ilin dekabr ayında Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzi tərəfindən İrəvan Xanlığının tarixi və mədəniyyəti sahəsindəki xidmətlərinə görə fəxri diplomla təltif olunmuşdur.

2012-ci ildə (2-7 apreldə) Bakı şəhərində Fəal təlim və Müasir Təlim Texnologiyaları üzrə təlimdə iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirinin sertifikatını almışdır.

2011-ci ildən Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının üzvüdür.

2014-cü ildə Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının sədrinin müavini kimi fəaliyyət göstərmişdir.

2012-ci ildə “Mərhəmət elçisi” beynəlxalq ictimai-siyasi, analitik jurnal tərəfindən Azərbaycan milli ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Elm fədaisi” diplomu ilə təltif edilmişdir.

Kütləvi informasiya vasitələri tərəfindən 2013-cü ildə keçirilmiş sorğunun nəticələrinə əsasən vətəndaşlıq mövqeyi və əməli uğurlarına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “İlin alimi” mükafatı laureatı olmuşdur.

2013-cü ildən AAK-ın Filologiya ixtisası üzrə Ekspert Şurasının üzvüdür.

2013-cü ildən Türkologiya jurnalının sahə redaktorlarından (Azərbaycan dili, terminologiya üzrə) biridir.

2013-cü ildə Sülhün təbliği sahəsindəki xidmətlərinə, insanların, xüsusən də gənc nəslin bəşəri ruhda tərbiyə olunmasında və yüksək mənəviyyat nümunəsi göstərdiyinə, “Əsl İnsan” məktəbinin təşkilatçısı və “İdeal Dünya” uğrunda göstərdiyi fəaliyyətə görə “Qalib Sultan” diplomu ilə təltif olunub.

17 iyun 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin VII Qurultayının nümayəndəsi olubdur.

2015-ci ilin aprel ayında Türk dünyası araşdırmaları uluslararası elmlər akademiyasının akademiki seçilib.

2015-ci ilin 19 mayında “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2015-ci il tarixli, 450 №li sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkib komissiyasına üzv seçilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli 4/14 nömrəli qərarı ilə AMEA-nın “Türkologiya” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

B.Ə.Xəlilov 27 avqust 2016-cı il tarixdə gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə, ictimai fəaliyyətinə və anadan olmasının 50 illiyi ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəxri fərmanı ilə təltif olunmuşdur. 27-29 sentyabr, 2016-cı il tarixdə və 11-13 oktyabr, 2016-cı il tarixdə “Özünü təhlil potensialının təkmilləşdirilməsi üzrə təlim”də iştirak etmişdir və sertifikatlar almışdır.

26.10.2016-cı il tarixdə türk dünyasına xidmətlərinə görə XI yüzilin Cavuldar boyuna mənsub Oğuz bəyi olan ilk türk amiralı Çaka Bey medalı almışdır.

14-15 noyabr 2016-cı il tarixdə I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmiş, “Ortaq ünsiyyət dili və terminologiya” bölməsində sədr olmuş və sertifikat almışdır.

28 Şubat – 01 Mart 2017-ci il tarixlərində Bayburt Üniversitesi Dede Korkut Uygulama və Araştırma Merkezi, Bakü Yunus Emre Enstitüsü, Bakü Devlet Üniversitesi, Kazak Milli Sanatlar Üniversitesi və Kırgızistan – Türkiye Manas Üniversitesi iş birliği ile “Korkut Ata`dan Günümüze Aşıklık Geleneği” adlı Uluslararası Sempozyumunda iştirak etmiş və sertifikat almışdır. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi” haqqında əmri ilə komissiyanın üzvü təyin edilmişdir. 2017-ci ilin 4 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Bakıdan türk dünyasına” adlı layihə çərçivəsində tədbirlərə verdiyi dəstə görə “Onur bəlgəsi” ilə təltif olunmuşdur. 2017-ci ilin 7 dekabr tarixində ünlü Azerbaycanlı şair Molla Penah Vaqifin doğumunun 300 yılı anısına həsr olunmuş tədbirdə TÜRKSOY Genel Sekreteri Düsen Kaseinov tərəfindən “Molla Penah Vaqif” medalı ilə təltif edilmişdir. 2017-ci ildə Azərbaycan Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti Bəybala Ələsgərovun “Professor Buludxan Əziz oğlu Xəlilovun bibioqrafiyası” adlı kitabı nəşr olunmuşdur.

B.Ə.Xəlilov doktorantların və gənc tədqiqatçıların XVIII, XIX, XX Respublika elmi konfransının “Filologiya” bölməsinin işinin təşkilində və keçirilməsində səmərəli fəaliyyət göstərən bölmə rəhbəri olmuşdur.

Ailəlidir, iki övladı var.

Əlaqə telefonu:
mob: (050) 345-12-59

iş: (012) 598-43-56

ev: (012) 441-61-94

email: buludxan.xalilov@mail.ru

 
© Buludxan XƏLİLOV 2015.