42 kitabın (dərslik, dərs vəsaiti, monoqrafiya), 7 tədris proqramının, 400-dən çox elmi əsərin müəllifidir. Onun 1995-ci ildə (5 ç.v. həcmində) «Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı» monoqrafiyası, 1996-cı ildə (6 ç.v. həcmində) «Azərbaycan dilində ikihecalı fellərin fono-semantik inkişafı» adlı dərs vəsaiti, 1998-ci ildə «Fellərin ilkin kökləri» monoqrafiyası (14 ç.v. həcmində), 1999-cu ildə «Birinci Beynəlxalq Türkoloji Qurultay» monoqrafiyası (11,5 ç.v. həcmində), 2000-ci ildə «Azəri» (tərcümə əsəri, 7,1 ç.v. həcmində, həmmüəlliflə) kitabı, 2000-ci ildə «Müasir Azərbaycan dilinin morfologiyası», I hissə (17,5 ç.v. həcmində) monoqrafiyası, 2001-ci ildə «Türkologiyanın intibah dövrü» adlı dərs vəsaiti (10,8 ç.v. həcmində), 2003-cü ildə «Azərbaycan dili 6-7» (16 ç.v. həcmində, həmmüəlliflə) və «Müasir Azərbaycan dilinin morfologiyası», II hissə dərsliyi (22,1 ç.v. həcmində), 2004-cü ildə «Azərbaycan dili: dünən, bu gün» (14,5 ç.v. həcmində) dərs vəsaiti, 2006-cı ildə «Türkologiyaya giriş» (24 ç.v. həcmində) 2007-ci ildə “Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika” (19, 3 ç. v. həcmində), 2007-ci ildə “Müasir Azərbaycan dilinin morfologiyası”, I hissə və “Müasir Azərbaycan dilinin morfologiyası”, II hissə (təkrar nəşr), 2008-ci ildə “Müasir Azərbaycan dilinin leksikologiyası (27, 6 ç. v. həcmində) dərslikləri, 2009-cu ildə Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərində etnonimlər” (6, 87 ç. v. həcmində), 2010-cu ildə “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi” (18, 37 c.v. həcmində), “224 qədim türk sözü” (21, 875 c.v. həcmində), 2013-cü ildə “Dil-söz çələngi” (11,3 c.v. həcmində), “Azərbaycan dili antologiyası” (40,5 c.v. həcmində), “Dil, ədəbiyyat, mədəniyyət” (30,25 c.v. həcmində), Azərbaycan dili: milli varlığımız, mənəvi sərvətimiz” (16.75 c.v.həcmində), «Türkologiyaya giriş» (II nəşr) (24 ç.v. həcmində), “Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika” (II nəşr) (19, 3 ç. v. həcmində), 2014-cü ildə “İsmayıl Şıxlı: müəllim haqqında müəllim sözü” (7 ç.v.həcmində), “İsmayıl Şıxlının ədəbi – tənqidi görüşləri” (3.75 ç.v.), “İsmayıl Şıxlının dilçilik görüşləri” (5.4 ç.v.), “Bəxtiyar Vahabzadənin dilçilik görüşləri” (15,25 c.v.), “Bəxtiyar Vahabzadənin pedaqoji görüşləri” (8 ç.v.), “Bəyaz doğulan şeirlər” (6.25 ç.v.), 2015-ci ildə “Ağlın zirvəsində sönən bir çıraq” (15,5 ç.v.), 2016-cı ildə “Nitq mədəniyyəti” (3 ç.v.) (həmmüəlliflə), “Müasir Azərbaycan dilinin morfologiyası” I hissə (təkrar nəşr) (18 ç.v.), “Müasir Azərbaycan dilinin morfologiyası” II hissə (təkrar nəşr) (22 ç.v.), “Dil mədəniyyəti” (12 ç.v.), “Türkologiyanın tarixi: XX əsrin 20-30-cu illəri” (14,75 ç.v.), “Zamanın sınağından keçənlər...” (15,75 ç.v.), “Əbədiyaşar ədəbiyyat” (12,75 ç.v.), 2017-ci ildə “Nitq mədəniyyəti” (təkmilləşdirilmiş nəşr) (6,5 ç.v.) (həmmüəlliflə), “Müasir Azərbaycan dili (sintaksis)” (26,75 ç.v.) kitabları çap olunmuşdur.
Bu əsərləri haqqında respublikanın nüfuzlu qəzet və jurnallarında onlarla müsbət rəy çap olunmuşdur.
Proqramları:
Müasir Azərbaycan ədəbi dili; Azərbaycan dili elminin tarixi və metodologiyası; Azərbaycan dilinin müasir problemləri; Müasir Azərbaycan dilinin fonetikası; Müasir Azərbaycan dilinin leksikologiyası; Müasir Azərbaycan dilinin morfologiyası; Azərbaycan dilinin tarixi; Türk dillərinin müqayisəsi və s.
Məqalələri: 400-dən çox elmi və elmi-publisistik məqalənin müəllifidir.